Kəlbəcərə növbəti ailələr yola salınıblar | YENİLƏNİB
* * *
07:00
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərinə növbəti köç karvanı – ümumilikdə 27 ailə (112 nəfər) yola salınıb.
AzVision.az xəbər verir ki, bu mərhələdə Kəlbəcərə Gəncədən 10 ailə (39 nəfər), Bakıdan 4 ailə (17 nəfər), Şəmkirdən 3 ailə (12 nəfər), Abşerondan 2 ailə (12 nəfər), Samuxdan 2 ailə (11 nəfər), Göygöldən 2 ailə (7 nəfər), Bərdədən 2 ailə (6 nəfər), Mingəçevirdən 1 ailə (6 nəfər), Ağsudan 1 ailə (2 nəfər) köçürülüb.
Məlumata əsasən, indiyədək köçürülmüş ailələrin sayı isə 108-dir (450 nəfər). Kəlbəcər şəhərinə köçənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
AzVision.az
Teqlər: Böyük-Qayıdış







Vaxtında, Aydın, Lazımlı!


